• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2091
— 18.09.2018 14:07

Piyadalarla bağlı reyd keçirildi

KepezTV Player

Şirvanda piyadalara qarşı maarifləndirici reyd təşkil edilib. Onlara yol hərəkəti qaydaları ilə bağlı ətraflı məlumatlar verilib.

Səyyar Heydərov sakin: Yolun keçid səthindən səhf keçdiyim üçün mənə yolun keçit hissəsindən keçməyi başa saldılar ki, ordan keçmək lazımdı. Mən də yolu əksinə keçirdim.Yolun düz hisəsindən keçməyi özümə borc bildim.

Vətəndaşlar piyada keçidlərindən düzgün istifadə etməlidirlər. Əsasən də hərəkətin daha çox olduğu yollarda qaydalara əməl edilməlidir.

Gülnəzər Heybətov sakin: Fikirli olduğuma görə bilmədim. nəzarət eləmək lazımdı yol hərəkəti qaydalarına .Piyada keçidindən keçmək lazımdı.

Dövlət yol polisi əməkdaşları deyir ki, belə maarifləndirici tədbirlər piyadaların avtomobillərlə vurulmasının qarşısının alınmasında əhəmiyyətli rol oynayır.

Mehdi Muxtarov Şirvan şəhər DYPB-nin rəis əvəzi: Onu da qeyd edim ki, piyadaçı piyada zolağından düzgün istifadə etmədiyi tədqirdə öz həyatı ilə barabər digər iştirakçıların həyatı üüçn də təhlükə yaradır. Bu da onaların tərəfimizdən saxlanaraq onları başa salaraq gələcəkdə yəqin ki, onlar tərəfindən bir də belə hadisələrə yol verilməyəcəkdir.

Şirvan şəhər Dövlət Yol Polisi Bölməsindən verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar bu cür reydlərin davamlı olaraq təşkil edilməsi nəzərdə tutulur.