• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2150
— 17.09.2018 13:18

Avtomobillər toqquşdu, ölən və yaralananlar var

KepezTV Player

Ağsu rayonunun Daşdəmirbəyli kəndi yaxınlığında qəza qeydə alınıb. Cəlayır kənd sakini 49 yaşlı Habil Usubovun idarə etdiyi “VAZ 21011” markalı avtomobil qarşı tərəfdən gələn Bakı şəhər sakini 29 yaşlı Elvin Tağıyevin sükanı arxasında olduğu “Mitsubishi” markalı maşınla toqquşub. Hadisə nəticəsində “VAZ 21011” deformasiyaya uğrayıb, nəqliyyat vasitəsində sıxılıb qalan sərnişinin cəsədi FHN-nin Xüsusi Riskli Xilasetmə qrupu tərəfindən çıxarılıb. Sürücü Habil Usubov, sərnişinlər - 47 yaşlı Rauf Cəfərov, 40 yaşlı QamətCəfərov, “Mitsubishi” markalı avtomobilin sürücüsü Elvin Tağıyev və sərnişin Bakı şəhər sakini 46 yaşlı Hidayət Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisə ilə bağlı araşdırma aparılır.