• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 11.09.2018 14:58

Kəlbəcərli təhsil işçiləri arasında ənənəvi sentyabr konfransı keçirilib

KepezTV Player

Kəlbəcərli təhsil işçiləri də ənənəvi sentyabr konfransında ötən dərs ilini təhlil edərək qarşıda duran vəzifələrdən danışıblar. Rayonun 109 məktəbini ötən tədris ilində 1153 nəfər bitirib ki, onlardan da 553-ü tələbə adını qazanıb. 75 nəfəri 500, 36 nəfər isə 600-dən yuxarı bal toplayıb. Tələbə adını qazananlardan 21-i Respublika üzrə xüsusi təyinatlı ali məktəblərə, 20 abutiriyent isə xarici ölkələrin ali məktəblərinə qəbul olub. Konfransda bəzi təhsil işçilərinin fəaliyyətində olan nöqsanlardan da danışılıb və onların yeni tədris ilində aradan qaldırmaları tapşırılıb.

Əli Alıyev - tələbə: Kəlbəcər rayon 80 saylı orta məktəbin məzunu oldum və 690 balla Bakı Dövlət Universtetinin hüquqşünaslıq fakültəsinə daxil olumuşam. Bu fakültə mənim uşaqlıq arzum idi. Hər zaman istəmişəm ki, bu fakültəni daha dərindən öyrənim və xalqımıza xidmət edim. Bu arzuma çatdığım üçün sevinirəm. İndən belə çox çalışacam və ölkəmizə öz borcumu layiqincı yerinə yetirəcəm.

 

Elnur Vahidoğlu