• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1398
— 11.09.2018 12:30

Top mərmisi tapıldı

Daxili İşlər Nazirliyinin ″102″ zəng mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Lənkəran şəhər Polis Şöbəsinin əməkdaşları dərhal əraziyə göndərilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 125 mm-lik top mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Top mərmisinin tapıldığı yerin ətrafında 250 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.