• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1796
— 10.09.2018 13:13

1 tona yaxın narkotik bitki aşkarlandı

KepezTV Player

Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri çərçivəsində rayonun Köhünlü kəndi ərazisindən 6 kilometr kənardakı su kanalının ətrafından yabanı halda bitmiş 254 ədəd narkotik xassəli çətənə bitkisi aşkarlanıb.

Aqil Əhmədov tədqiqatçı: Ümumi çəkisi 980 kiloqram olan narkotik xassəli çətənə bitkiləri aşkar olunmuşdu. Həmin bitkilər kökündən çıxardaraq komissiya üzvülərin iştirakı ilə bura yığılaraq məhf edilməsi nəzərdə tutulmuşdu.

Narkotik maddənin tərkibini yoxlamaq üçün əraziyə Kürdəmir rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən aqronom da dəvət olunub Bitkinin narkotik xassəli olduğu öz təsdiqini tapıb.

Qorxmaz Şükürov aqronom: Yabanı halda bitmiş çətənə koludu.Bu heç qulluq olunmuyub buna. Bu narkotik xassəli bitkidi. Qulluq olunmaması onun yarpaqlarından gövdəsindən bilinir. Meşə ətrafında belə şeylərə çox təsadüf olunur. Öz-özündən bitir bəli.

Çətənə bitkisi kökündən çıxarıldıqdan sonra komissiya üzvlərinin iştirakı ilə yandırılaraq məhv edilib. Kürdəmir rayon polis şöbəsindən verilən məlumata görə, belə tədbirlər mütəmadi olaraq davam etdirilir.