• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1916
— 07.09.2018 14:43

Goranboyda ali məktəbə yüksək balla qəbul olan tələbələrlə görüş olub

KepezTV Player

Bu il rayonun ümumtəhsil məktəblərindən 861 şagird məzun olub ki, onlardan da 583 nəfəri ali məktəblərə sənəd verib. Qəbul Imtahanlarında iştirak edənlərdən 296-sı tələbə adını qazanıb. Ötən illə müqayisədə bu əldə olunan nəticələri daha uğurlu saymaq olar. Rayon üzrə ali məktəbə qəbul imtahanlarında iştirak edən məzunlardan 50 nəfəri 500-dən yuxarı, 19 nəfəri 600-dən, Səfikürd tam orta məktəbinin məzunu Kənan Məhəmmədli isə maksimum nəticə əldə edib. Yüksək balla tələbə adını qazananlar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Kənan Məhəmmədli - tələbə: Ali təh məktəblərinə keçirilən 2-ci qəbul imtahanlarında 1-ci qrup üzrə 700 bal toplamışam və Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşam. Bu ixtisası seçərək gələcəkdə çox güclü bir kadr olacağıma inanıram. Və bununlada gələcəkdə vətənimə layiqli bir övlad olacam, hər zaman xalqıma xidmət edəcəm.  

Hikmət Abbasov - tələbə: DİM tərəfindən keçirilmiş ali və orta ixtisas təhsil müəsisələrinə qəbul imtahanlarında 4-cü qrup üzrə 695 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə qəbul olmuşam. Mən söz verirəm ki, gələcəkdə xalqımıza vicdan, şərəflə xidmət edəcəm.