Bu günə xəbərlərin oxunma sayı: 1184
— 07.09.2018 12:16

Küllü miqdarda narkotik maddə aşkar edildi

KepezTV Player

Kürdəmir rayonunda yerli sakindən küllü miqdarda narkotik maddə götürülüb. Karrar kənd sakini 27 yaşlı Raqib Xankişiyev rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat - axtarış tədbirləri nəticəsində saxlanılıb. Əməliyyat zamanı onun yaşadığı kəndin ərazisindəki boş torpaq sahəsində kolluq ərazidə qanunsuz olaraq kultivasiya etdiyi və hər birinin hündülüyü 1,5 metr olan 36 ədəd yaş halda çətənə bitkisi, eləcə də, 64 ədəd çətənə bitkisinin qurumuş gövdəsi, həmçinin ordakı bitkilərdən əldə olunmuş və ümumi çəkisi 2,2 kq olan qurudulmuş mariuxana aşkar edilərək götürülüb. Bundan başqa, Xankişiyevin yaşadığı evin həyətyani sahəsindən və evindən 1 ədəd kibrit qutusuna, 1 ədəd siqaret qutusuna, 1 ədəd şüşə bankaya qablaşdırdığı ümumi çəkisi 200 qram təşkil edən qurudulmuş mariuxana və eləcə də, 1 ədəd salafan bükümündə 0,9 qram çəkidə narkotik vasitə olan tiryək tapılıb.Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.