• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 06.09.2018 16:03

Çətənə kolları və qurudulmuş marixuana aşkarlandı

KepezTV Player

Sabirabad Rayon Polis Şöbəsi Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib. Rayonun Şıxsalahlı kənd sakini Mədət Hacıyev saxlanılıb. Onun həyətyanı sahəsinə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 14 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.