• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1647
— 06.09.2018 16:03

Partlamamış hərbi sursatlar və tapança aşkarlanıb

KepezTV Player

Biləsuvar rayonunda yerləşən "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində hərbi sursatlar və tapança aşkarlanıb.Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 2 ədəd müxtəlif növ partlamamış hərbi sursat və 1 ədəd pnevmatik tapança aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.