• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2211
— 06.09.2018 16:03

Motosiklet oğruları saxlanılıb

KepezTV Player

Sabirabad rayonunda motosiklet oğruları saxlanlıb. Rayon Polis şöbəsinin Qaragüney polis bölməsinə ərizə ilə müraciət edən Moranlı kənd sakini Vüqar Mansurov sentyabrın 4-nə keçən gecə həyətindən “İJ Planet-3” markalı motosikletinin oğurlandığını bildirib.Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin motosikletin Neftçala rayonu ərazisində olduğu müəyyən edilib. Oğurluğu törətməkdə şübhəli bilinən Moranlı kənd sakinləri Ramin Talıblı, Əli Əliyev və Bala Həşimxanlı kənd sakini Yengibar Məstəliyev saxlanılaraq bölməyə gətirilib.Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayəti etiraf ediblər.Faktla bağlı Sabirabad rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.