KepezTV Player
Gəncədə Kəpəz Rayon məhkəməsinin qarşısında qətl qeydə alınıb. Şəhər sakini, 23 yaşlı Aytac Tağıyeva həyat yoldaşından boşanmaq üçün məhkəməyə gedərkən orada əri tərəfindən bıçaqlanıb. Bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq yarası alan gənc qadın Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasına aparılıb. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb. Onların bir azyaşlı övladı var idi.Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
- Baxış: 2126