• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2078
— 05.09.2018 12:48

Dövlət sərhədini pozmağa cəhd edən üç nəfər narkotiklə saxlanılıb

KepezTV Player

Azərbaycanın dövlət sərhədini pozmağa cəhd edən üç nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Astara rayonu Kələdəhnə kəndi yaxınlığındakı sahil nəzarəti bölməsinin xidməti ərazisində “Niva” markalı avtomobilin sahilboyu əraziyə yaxınlaşması sərhəd naryadı tərəfindən müşahidə olunub, avtomobildə olan 3 nəfər naməlum şəx­sin yaxınlıqdakı kolluğa yaxınlaşmaları, onlardan birinin kolluqda nəyisə axtar­ması və əlində dolu kisə ilə qayıtması şübhə doğurub. Onlar sərhədçilərin “Dayan” komandasını eşidərək qaçmağa cəhd edərkən havaya xəbərdarlıq atə­şi açıldıqdan sonra saxlanılıb. Kolluqdan götürülmüş kisəyə baxış zamanı ümumi çəkisi 2 kq 650 qram olan narkotik vasitə, 285 ədəd metadon həbi aşkar olunub. Saxlanılmış vətəndaşların Lənkəran rayon sakini 34 yaşlı Xaliq Əliyev, Lerik rayon sakinləri 39 yaşlı Fuad Bayramov və 36 yaşlı Rüfət Xosurov olmaları məlum olub. Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.