KepezTV Player
Salyan rayonunda döyülmə hadisəsi baş verib. Zeynalov küçəsi, ev 89 ünvanında yaşayan 32 yaşlı Fəxrəndə Qasımova müxtəif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ilk tibbi yardım göstərildikdən sonra o, ambulator müalicəyə buraxılıb. Qasımovanın qonşu qadın tərəfindən döyüldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 641