• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2515
— 05.09.2018 12:58

Metroda sevgilisini bıçaqlayan şəxs tutuldu

KepezTV Player

Daha bir qanlı olay Bakı Metropoliteninin "Nəsimi" stansiyasında yaşanıb. Vahid Abdullayev qısqanclıq zəminində mübahisə etdiyi, qeyri-rəsmi şəraitdə yaşadığı qadını bıçaqlayıb. Yaralı Bakı şəhər sakini, 46 yaşlı Elnarə Quliyeva xəstəxanaya çatdırılıb. Üzərində çoxsaylı bıçaq xəsarətləri olan qadının vəziyyəti orta-ağırdır. Vahid Abdullayev şübhəli şəxs qismində tutulub. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.