• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1580
— 03.09.2018 14:34

Daşkəsənin iki kəndində sakinlərin yanacaq problemi həllini tapacaq

KepezTV Player

Daşkəsən rayonunun dağlıq kəndlərinin qazlaşdırılmasına başlanılıb. "Azəriqaz" tərəfindən Quşçu və Bayan kəndlərində 1000-dən artıq abonenti mavi yanacaqla təmin edəcək.

Qışın daha sərt keçdiyi, dağlıq relyefli Quşçu və Bayan kəndlərində bu günə qədər mavi yanacaq olmayıb. Kənd sakinləri istiliyə olan tələbatı odun və duru yanacaqla ödəmək məcburiyyətində qalıblar. Bir neçə aydır ki, hər iki kənddə aparılan qazlaşdırılma işləri bu ilin sonuna qədər sakinlərin hisli-paslı günlərini arxada qoyacaq.

Nəsir Qarayev - Bayan kənd sakini: Dağ yeridir, qış aylarında yolumuz qarlı, yağışlı olur gediş gəlş çox çətin olur. Soyuqda evlərimizi istimək üçün çox əziyyət çəkdirdirk. Bu qazın olması təbiətin gözəlliyi olan ağacların qırılmasının qarşısını alacaq, eyni zamanda evlərimizdə normal istilik olacaqdır.

Orxan Həşimov - Quşçu kənd sakini: Çox çətinliklər olurdu. Qışın günündə məcburuyduq belimizə şələ alıb gətirərk meşədən. Neyləməyliyik ailəmizin tələbatını belə ödəyirdik. Bu il yəqin ki, bizim mavi yanacaq veriləcəkdir. Ona görədə çox təşəkkür edirik.

Hazırda podratçı şirkət tərəfindən polietilen və metal borularla daşıyıcı və kənddaxili xətlər çəkilir, evlərə sayğaclar quraşdırılır.

Valeh Allahverdiyev - iş icraçısı: Quşçu kəndinin daşıyıcı və küçə xəttləri yekunlaşıb. Hazırda sayğaclaşma aparılır həmin kəntdə. 580 abonentdən 150-də sayğacların quraşdırılması tam başa çatıb. Bayan kəndinin qazlaşdırılmas istiqamətində aparılan işlər 50% yerinə yetirilibdir.

Daşkəsəndə rayon mərkəzi də daxil olmaqla, 8 yaşayış məntəqəsi mavi yanacaqla təmin olunur.

 

Xaliq Qurbanlı