• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2386
— 31.08.2018 14:46

Gəncədə su və kanalizasiya sisteminin yenilənməsi layihəsinin dördüncü mərhələsi davam edir

KepezTV Player

Artıq işlərin 50 faizi tam başa çatdırılıb. Şəhərin mərkəz hissələrinə 1200-1600 mm-lik ana kallektor xətləri və qidalandırıcı su boruları çəkilib. Həmçinin Gülüstan yaşayış massivindəki küçələrdə işlər yekunlaşıb. Ümumilikdə 3 200 abonentə içməli su verilib. Hazırda işlər Nəriman Nərimanov prospektində aparılır. Paralel olaraq Cavadxan qəsəbəsinin Süleyman Rəhimov küçəsində su və kanalizasiya xətləri çəkilir. Qızılqaya və Şəmkirçaydan içməli su xətlərinin çəkilişi də yekunlaşıb. Layihə çərçivəsində Samux rayonunda çirkab su təmizləyici qurğular kompleksinin inşası da nəzərdə tutulur. Dördüncü mərhələ gələn ilin noyabrında tam yekunlaşacaq.

Orxan Abdullayev - layihənin baş topoqrafı: Tender elan olunub növbəti mərhələlərə keçiləcək. Beşinci mərhələdə nəzərdə tutulub ki, çirkab su təmizləyici qurğuların tikintisi hazırda çəkdiyimiz kollektr xətləri ora axıdılaraq su texniki cəhətdən istifadəyə yararlı olsun. Ondan sonrada artıq növbəti mərhələlərdə Gəncə şəhərinin digər bölgələri də nəzərdə tutulubdur. Layihələr davam edəcəkdir. Bu layihələr yekunlaşdıqdan sonra artıq Gəncə sakinlərinin içməli su almasına ehtiyac qalmıyacaqdır. Onlar təmiz içməli su ilə evdən istifadə edə biləcəklər

 

Elnur Vahidoğlu