• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2398
— 30.08.2018 14:50

Kür çayında batan gəncin meyiti axtarılır

KepezTV Player

Kürün Tovuz rayonu ərazisindən keçən hissəsində boğulma hadisəsi baş verib. Cəllili kənd sakini 20 yaşlı Elxan Quliyev çayın Hunanlar kəndi ərazisindən keçən hissəsində çimən zaman batıb. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub. Hazırda gəncin axtarışları aparılır.

Qazax rayonunda isə 19 yaşlı gənc Kür çayında boğularaq ölüb. Hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb. Həmin kəndin sakini Orxan İbrahimov Kür çayının kənd ərazisindən keçən hissəsində çimərkən batıb. Faktla bağlı araşdırma aparılır.