• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 29.08.2018 13:33

Qanunsuz sərnişin daşıyanlara qarşı reyd keçirildi

KepezTV Player

Baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq, eləcə də qanunsuz sərnişindaşıma hallarına son qoymaq məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları respublika əhəmiyyətli magistrallarda reyd keçirib. Yol Patrul Xidməti Alayının 8-ci tağımının xidməti ərazisinə daxil olan reydlər zamanı hansı neqativ hallara rast gəlinib? Növbəti videomaterialda biləcəksiz.

İri tutumlu avtobusla Bakı istiqamətinə sərnişindaşıma ilə məşğul olur. Ancaq nəqliyyat vasitəsinin texniki sazlığını gözdən belə keçirmir. Bu azmış kimi sükan arxasında sənədsiz əyləşir. Görüntülər Bakı-Qazax-Gürcüstan sərhədinin Yevlax rayonu ərazisindən keçən hissəsində lentə alınıb.

Reyd zamanı bəzi maraqlı məqamlar da ortaya çıxıb. Məsələn, sərnişindaşıma üçün nəzərdə tutulan mikroavtobusla sərnişinlə yanaşı, yük də daşınır. Əsasən magistral yollarda tez-tez müşahidə olunan bu cür hallar yol polisinin gözündən yayınmayıb. Bu və ya digər qayda pozuntularına görə sürücülər cəzasız qalmayıb. Yol Polisi reydlərini qarşıdakı günlərdə də davam edəcək.

 

Natiq Hüseyn