• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 28.08.2018 13:56

Toyda kütləvi dava düşdü

KepezTV Player

Göygöldə toyda kütləvi dava düşüb. Rayon ərazisində keçirilən toy mərasimlərinin birində baş verən hadisədə Daşkəsən sakinləri – 40 yaşlı Zülfəli Məmmədov, qardaşı, 42 yaşlı Fazil Məmmədov və 33 yaşlı Sərvər Hüseynov xəsarət alıb. Yaralılar Göygöl Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar, daha sonra isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə göndəriliblər. Fazil Məmmədov və Sərvər Hüseynov tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.Zülfəli Məmmədovun vəziyyəti orta-ağır olduğundan stasionar müalicə təyin edilib. Faktla bağlı araşdırma aparılır.