• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1676
— 27.08.2018 13:25

120 sürücü cəzalandırıldı

 Xaçmazda 100-dən çox avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılaraq yoxlanılıb. Bu sürücülərdən birinin sərxoş olduğu müəyyənləşib. 38 sürücü isə digər qayda pozuntularına görə inzibati qaydada cəzalandırılıb.

Analoji reyd Siyəzən rayonunda da təşkil edilib. Qayda pozan 15 sürücü barəsində protokol tərtib olunub. Reyd zamanı manevr və ötmə qaydalarını kobudcasına pozan, sürət həddini aşan sürücülər müəyyən edilib.

Qubada təşkil olunan reydlər zamanı sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər cəzalandırılıb.

Qusarda təşkil olunan reyd zamanı 21 protokol tərtib olunub Bununla yanaşı oğurluğa görə axtarışda olan bir nəfər saxlanılıb. Şabranda isə 15 sürücü qayda pozduğuna görə cərimə olunub.

İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən reyd yollarda sürücülərin və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədini daşıyan belə reydlər mütəmadi olaraq davam etdiriləcək.