• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 22.08.2018 13:52

Oğurluq faktlarının üstü açılıb

KepezTV Player

Sumqayıt polisi oğurluq faktının üstünü açıb. ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də şəhər ərazisindəki evlərin birindən 1300 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Kamran Ağayev saxlanılıb.

Paytaxtın Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə avqustun 11-də rayon ərazisindəki evlərdən birinin həyətyanı sahəsindən 25 baş qoyun oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakinləri İsmayıl Səlimov saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.