• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1382
— 20.08.2018 15:38

Gəncədə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvləri ilə görüş olub

KepezTV Player

Görüş assosiasiyanın regionlardakı fəaliyyətini genişləndirmək, qadınlar arasında sahibkarlığı təbliğ etmək və bu sahənin inkişafına töhfə vermək məqsədilə təşkil edilib. Gəncə və ətraf bölgələrdə yaşayan qadın sahibkarlar Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının fəaliyyəti barədə məlumatlandırılıb, onlarla əməkdaşlıq imkanları müzakirə edilib. İqtisadiyyat Nazirliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə assosiasiyasının fəaliyyətini əsk etdirən videoçarx nümayiş olunub. Görüş müzakirələrlə davam edib.

Səkinə Babayeva AQSİA-nın sədri: Kənd təsərrüfatında işləyən qadınların bu işlə məşğuliyyətinin artırılması, onlarında maarifləndirilməsi və məhsullarının Azərbaycan brendinə çevrilməsi üçün öz tövsiyyəmizi vermək, onların mə.ğul olduğu sahələri daha da cəmiyyətə çatdırmaq üçün müasir texnologiyalardan istifadə etmək, onlayn satışların daha da artırılması, evdə məşğulluğun artırılması, qadınlar arasında kommunikasiyanın artırılması və ən sonda bunların bir çətir altında birləşməsini, şəbəkələşməsini dəstəkləmək üçün biz regionlarda, Bakı şəhərində bu tədbirləri daimi həyata keçirəcəyik.