Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.08.2018 13:05
Tanışını tüfəngdən açdığı atəşlə yaraladı
KepezTV Player
Şəmkirdə silahlı insident olub. Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib. Nazim Niftalıyev tüfəngdən açdığı atəşlə Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nazim Niftalıyev saxlanılıb, hadisədə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.
- Baxış: 1079