• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2096
— 14.08.2018 14:08

Qonşunun evindən 20 min manatlıq qızıl oğurladılar

KepezTV Player

Neftçala polis şöbəsinin əməkdaşları külli miqdarda qızıl-zinət əşyaları oğurlayan iki şəxsi yaxalayıblar. Belə ki, rayonun Xolqaraqaşlı kənd sakini Vidadı Hüseynov polis şöbəsinə evindən oğurluq edilməsi ilə bağlı müraciət edib. Əməlkiyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, zərərçəkənin həmkəndilələri yaşlı Nuruş Əmənov və 18 yaşlı Murad Ələkbərov saxlanılıb. İlkin dindirmə zamanı müəyyən edilib ki, onlar avqust ayının 12-də qonşularının evindən dəyəri 20 min manat olan qızıl-zinət əşyaları oğurlayıblar. Qarət edilən qiymətli əşyalar Murad Ələkbərovun yaşadığı evdən aşkar edilərk maddi sübut kimi götürülüb. Faktla bağlı Neftçala rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.