• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 09.08.2018 14:41

Gəncəli veteran cüdoçu Samir İsmayılov dünya çempionatına hazırlıqlarını davam etdirir

KepezTV Player

Tatami ustası mundial öncəsi məşqlərini Nizami yurdunda keçirir. Təcrübəli idmançı həftəboyu səhər və axşam olmaqla gündə iki dəfə məşq edir. İsmayılov 1 gün fiziki, 1 gün taktiki-texniki hazırlıq üzərində işləyir. Veteran ilin ən mötəbər yarışında 33-34 yaşlı idmançıların mübarizəsində 81 kq çəkidə çıxış edəcək. 33 yaşlı cüdoçu kariyerası ərzində 23 yaşadək gənclər arasında Avropa çempionatının ikincisi olub. Bununla yanaşı, kişilərin yarışında Dünya Kubokunun qızıl və gümüş medalına sahib çıxıb. Sonuncu dəfə Şotlandiyada təşkil edilmiş Avropa çempionatında fəxri kürsünün ilk pilləsinə yüksələn Samir İsmayılov dünya çempionatına vəsiqə əldə edib. Mundial oktyabrın 17-20-də Meksikanın Kankun şəhərində keçiriləcək.

 

Orxan Cəfərzadə