• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 07.08.2018 15:18

Şəmkirin elektrik təsərrüfatı yenidən qurulur

KepezTV Player

Şəmkir rayonunda istehlakçılarını keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunması üçün işlərə başlanılıb. Bu məqsədlə rayonun 1600-dən çox abonenti olan Zəyəm qəsəbəsində sovet dönəmindən qalan elektirk dirəkləri, yarasız hala düşən xəttlər və istismar müddətini başa vuran trasvormator məntəqləri yenilənir. Yaşayış məntəqəsinin elektrik təsərrüfatının yenidən qurulması Azərişığın sifarişi əsasında həyata keçirilir.Bu günə kimi Zəyəm qəsəbəsində 302 metal dayaq, 500 metr sip kabel, və müxtəlif gücə malik olan 4 ədəd transvormator məntəqəsi qurulub. Aparılan işlər gələn ilə kimi davam edəcəkdir. Bunula yanaşı ərazidə köhnə eklektorn tipli sayğaclar yeni smartkart tipli sayğaclarla da əvəz edilir. Şəmkirdə əhalinin elektrik enerjisinə oln tələbatın yaxşılaşdırılması üçün şəhərin Çəkillik adlanan hissəsində, Yeniabad, Bayramlı və Düyərli kəndlərində elektrik təsərrüfatının yenilənməsi işləri aparılır.

Fəxrəddin Mirzəyev  - kənd sakini: “İşıq dirəkləri evimin qarşısındadır bərbad vəziyyətdədir, naqillər istismar müddətini çoxdan başa vurub. Yağış yağanda, külək əsəndə işıqlarımız keçir, transvormator yanırdı. Həqiqətəndə bu qəsəbənin işıq infrastrukturu pis vəziyyətdə idi. Bir neçə gündür ki, sadaladığım problemlərin aradan qaldırılması üçün işlər həyata keçirilir.