• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1736
— 03.08.2018 14:56

"Kəpəz”in sabiq futbolçusu Tural Rzayevin yeni klubunun adına aydınlıq gəlib

KepezTV Player

24 yaşlı yarımmüdafiəçi Litvanın "A” liqasında çıxış edəcək. Yonava şəhərinin eyni adlı komandası gəncəli oyunçu ilə 1 illik müqavilə imzalayıb. Ötən mövsüm "Kəpəz”in uğurları üçün çalışan Rzayev birbaşa müqavilə ilə "Yonava” klubunun sıralarına qoşulub. Tural yeni klubunda "Kəpəz”də olduğu kimi, 10 nömrəli formanı geyinəcək. Litva klubu Tural Rzayevlə yanaşı, yay fasiləsində daha 3 legioner də transfer edib. Baltikyanı ölkə təmsilçisi ötən mövsüm Litvanın "A” liqasını 4-cü pillədə başa vurub.

 

Orxan Cəfərzadə