• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 744
— 31.07.2018 12:33

Meşədə narkotik becərən şəxs yaxalandı

KepezTV Player

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Daxil olmuş məlumat əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də onun əkini ilə məşğul olan Göytəpə kənd sakini Şamil Səfərov saxlanılıb. Onun yaşadığı kəndin meşə ərazisində aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi, çəkisi 92 kiloqrama yaxın ümumilikdə 38 ədəd yaş və yarıqurumuş vəziyyətdə olan narkotik tərkibli çətənə kolları, eləcə də kustar üsulla hazırlanmış 1 kq 5 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.