• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1373
— 31.07.2018 12:49

Toy karvanında avtoxuliqanlıq edən gənc saxlanıldı

KepezTV Player

Qusarda avtoxuliqanlıq edən şəxsin kimliyi müəyyənləşib. Bir neçə gün əvvəl toy karvanının iştirakçısı olan sürücünün hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq avtoxuliqanlıq etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparılıb. Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində “İnfiniti G35” markalı 10-XO-038 dövlət nişanlı avtomobillə xuliqanlıq edən gəncin Məhəmməd Qədimov olması aydınlaşıb. M.Qədimov Qusar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılaraq, barəsində inzibati qaydada protokol tərtib olunub. Bununla əlaqədar Qusar rayon Məhkəməsi tərəfindən müvafiq qərar qəbul edilib.