• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1240
— 26.07.2018 12:06

Azərbaycanın sərhədini pozan İran vətəndaşları saxlanıldı

KepezTV Player

Xəzər dənizinin Azər­baycana mənsub olan bölməsinin cənub isitiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən İran tərəfdən Azərbaycanın dövlət sərhədini pozaraq şimal isitiqamətində sürətlə hərəkət edən hədəf aşkar olunub. Hədəfin “Yamaha-200” mühərrikli “Layner” tipli qayıq olduğu müəyyən edilərək 3 saat ərzində təqib edilib və Lənkəranın Nərimanabad qəsəbəsi istiqa­mə­tində saxla­nılıb. Qayıqda olan İran və­tən­daşları – 29 yaşlı Ramazani Omid Nirəc və Rza Rəhimpurun üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd 12 kalibrlik “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar edilib. Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanıb.