• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1224
— 24.07.2018 15:16

Gəncədə cari il ərzində nikaha daxil olmaq istəyən 287 cütlük tibbi müayinədən keçib

KepezTV Player

Müayinələrin aparıldığı Mərkəzi Qan Bankının Gəncə Bölməsindən aldığımız məlumata görə, müraciət edən şəxslədən hər birindən 3 qram olmaqla 3 qan analiz götürülür. Onlardan biri Mərkəzi Qan Bankının Gəncə Bölməsində müayindən keçirilir. Digər ikisi isə Bakıya, Elmi Tədqiqat Hematologiya və Transfuziologiya institutuna göndərilir. Cavablar isə iki həftədən sonra bilinir və nigaha daxil olan cütlüklərə arayış fomasında təqdim edilir. Tibbi müayinələrin nəticələrini təsdiq edən arayış isə 1 ay müddətində etibarlı sayılır.

Tahirə Məmədova - Mərkəzi Qan Bankının Gəncə bölməsinin müdiri: Nigahla əlaqədar tibbi müayinələr 2015-ci ilin ikinci yarısından iyulun 1-dən başlayıb. O, vaxtdan biz zəngin laboratoriya ilə təmin olunmuşuq. Bu müayinələrin əsas aparılmasının məqsədi odur ki, əhali arasında talasemiya xəstəliyi azalsın minumuma endirilsin, bu da kömək edir. Biz bu yarım ildə apardığmız müayinələrdən 26 nəfərdə talasemiya daşıyıcılığı aşkarlamışıq, 2 nəfərdə talasemiya xəstəliyi , 1 nəfərdə də HİV xəstəliyi aşkarlamışıq. Əlbəttə bu həm infeksiyanın yayılması baxımından xeyrlidir, həm də gələcəkdə sağlam uşağın doğulması üçün çox vacib bir məsələdir.

 

Elnur Vahidoğlu