Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir İbrahimovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd çətənə kolu, evindən isə 375,5 qram marixuana və 1 ədəd qələm tapança aşkar edilərək götürülüb. Qazax Rayon Polis Şöbəsinin əməkdaşları da əməliyyat keçiriblər. Görülən tədbirlər öz nəticəsini verib. Ağköynək kənd sakini Elvin Qocayev saxlanılıb. Ondan 305 qram marixuana götürülüb. Şəxs maddi sübutla birgə istintaqa təhvil verilib. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları isə Qırlı kəndi ərazisində yabanı halda bitmiş şətənə kolları aşkar ediblər. ümumi çəkisi 3,5 tona yaxın 4800 ədəd çətənə kolu məhv edilib.
- Baxış: 753