Bu günə xəbərlərin oxunma sayı: 1358
— 20.07.2018 16:10

Sakinlər iqtisadiyyat nazirinə müraciət edib

KepezTV Player

Sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, region üçün ənənəvi istehsal və emal müəssisələrinin yaradılması, turizmin inkişafı, heyvandarlıq, bitkiçilik, tikinti materialları istehsalı müəssisəsinin tikintisi, sanatoriya-müalicə fəaliyyətinə lisenziya verilməsi kimi müraciətlər Göygöldə iqtisadiyyat naziri Şahin Mustafayevə ünvanlanıb. Göygöl, Goranboy və Şəmkir sakinlərinin qaldırdığı məsələlərin bir hissəsi yerindəcə öz həllini tapıb, digərlərinin operativ araşdırılması və həlli üçün nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verib. İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə vətəndaşlara ətraflı izahat verilib, aidiyyəti strukturlara çatdırılması üçün qeydiyyata alınıb.