• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 790
— 20.07.2018 15:55

Göyçayda sahəni yandıran şəxs tutuldu

KepezTV Player

İyulun 19-u saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində 20 hektar biçilmiş taxıl sahəsi yandırılıb. Hadisə yerinə gələn FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb, yanğınin daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İncə kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.Araşdırmalar zamanı Gündüz Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib.Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.