• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 720
— 17.07.2018 15:30

Tovuzda şahmat bayramı olub

KepezTV Player

Tovuz rayonunda şahmat bayramı keçirilib. Tovuz Gənclər evində təşkil olanan tədbir şahmatçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirdə, sözügedən idman növündə əldə edilən uğurlardan və balacaların şahmata olan maraqlarından danışılıb.20 iyul Beynəlxalq Şahmat Gününə həsr olunan bayram tədbirində ölkə şahmatçılarının dünya arenasında uğurlu çıxışlarına və dövlətin idmanın bu növünə olan qayğısından söz açılıb. Rayonda da şahmata olan maraq, müxtəlif idman müəssisələrində şahmatla məşğul olanların sayının artdığı önəı çəkilib. Bayram tədbiri yerli və beynəlxalq turnirlərdə fərqlənərək, rayona qalib və mükafatçı kimi qayıdan şahmatçılara diplom və hədiyyələrin verilməsi ilə başa çatıb.