• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 995
— 17.07.2018 14:08

Yanğın çardaq və otağı bürüdü

Şəkidə də fərdi yaşayış evində yanğın olub. Bu gün səhər saat 9 radələrində rayonun Bideyiz kəndində, kənd sakini Namizəd Mustafayevə məxsus, ümumi sahəsi 105 kv/m olan  yaşayış evində yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin çardaq hissəsinin 80 kv/m-lik sahəsi və 30 kv/m-lik sahəsi olan otaq ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi yanğından mühafisə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.