• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1438
— 16.07.2018 17:34

Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən cumhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilib

KepezTV Player

Azərbaycan Xalq Cumhuriyyəti dövründə milli mənəvi dəyərlərin qorunması və dövlət siyasəti Gəncədə gənclərə aşılanıb. Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən cumhuriyyətin 100 illiyinə həsr olunan tədbirdə, şərqin ilk demokratik respublikasının yaranmasında göstərilən fədakarlıqdan, qısa müddət ərzində dövlətçilik ənənələrinin yaradılması və Gəncənin dövlət siyasətinin bütün istiqamətlərində milli dəyərlərin uca tutulmasında oynadığı roldan danışlıb. Bu dəyərlərin günümüz gəncləri tərəfindən qorunmasının vacibliyi vurğulanıb. Tədbrdə son günlər Gəncədə baş verən hadisələr də müzakirə olunub və baş verənlər qəti şəkildə pislənib.

Çingiz Bayramov Türkiyə Universitetləri Məzunları İB-nin sədri:Bu cür hadisələrin olmaması üçün mili mənəvi dəyərlərlə bağlı tədbirlərin keçirilməsi çox vacibdir. Azərbaycan idealogiyası Azərbaycançılıq məfkurəsi ilə bağlı gənclərin yetişdirilməsi, bizim üçün çox böyük əhəmiyyət daşıyır. Və inanıram ki bu marifləndirmə işinin aparılması Azərbaycanda milli mənəvi dəyərlərə bağlılığın, Azərbaycanda dövlətçiliyin dahada güclənməsinə mühüm tövhə verəcək.