Gəncə Olimpiya İdman Kompleksində 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin cüdo üzrə açıq birincliyi keçirilib. Yarış Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyinə həsr olunub. Turnirin rəsmi hissəsində Azərbaycan Silahlı Qüvvələrinin regionun ən qüdrətli ordusuna çevrildiyi, məlum aprel döyüşlərinin ordumuzun gücünü və qüdrətini nümayiş etdirdiyi vurğulanıb. Açılış mərasimindən sonra mübarizəyə start verilib. Yarışda yeniyetmələr iki yaş qrupu üzrə medallar uğrunda qüvvələrini sınayıb. 16 çəki dərəcəsində 200-ə yaxın cüdoçu tatamidə bacarığını nümayiş etdirib. Birincilikdə Gəncə idmançıları ilə yanaşı, Bakı, Abşeron, Zaqatala, Oğuz, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tovuz Şəmkir və Göygöl təmsilçiləri də mübarizə aparıb. Kadet yaş qrupundan olan cüdoçular payızda zona və respublika birinciliyində iştirak edəcəklər.
Azad Rəfi
- Baxış: 920