• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 10.07.2018 15:40

İsti havalarda uşaqların qidalanmasına diqqət!

KepezTV Player

Yay aylarında uşaqlarda tez-tez rast gəlinən ishal və qusma halları valideynləri narahat edir. Belə halların baş verməməsi üçün həkimlər valideynləri diqqətli olmağa çağırırlar. Xüsusən də uşaqların keyfiyyətli və düzgün qidalanmasının vacib olduğu vurğulanır. İsti havalarda tez köhnələn və keyfiyyətini itirən yeyinti məhsullarından istifadə belə xəstəliklərin yaranmasında əsas səbəb kimi göstərilir. Xüsusən də daha tez keyfiyyətini itirən süd və süd məhsullarından istifadə ishal və qusmaya yol aça bilər. Bundan başqa uşağın gündəlik gigiyenasına da diqqət yetirilməlidir. Daha bir vacib məqam isə körpələrin açıq günəş altında cox qalmasına imkan verməməkdir.

Şirin Əhmədova həkim: Bildiyimiz kimi son vaxtlar havanın hərarəti kəskin yüksəlib. Əlbəttə havanın belə isti keçməsi uşaq arqanizmindəndə yan keçmir.Yaxşı olarki valideyinlər diqqətli olsunlar. Əgər uşaqda bir iki dəfə duru nəcis müşahidə olunursa və yaxud qusma halı müşahidə edilirsə, dərhal həkimə müraciət etsinlər ki, bədəndə susuzlaşma olmasın, hərarət yüksəlməsin və geriyə dönməz hallar müşahidə olmasın.