• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2160
— 09.07.2018 15:09

Qayınata kürəkənini bıçaqladı; 18 yaşlı oğlan bıçaq xəsarəti alıb

KepezTV Player

Bakıda qayınata mübahisə zamanı kürəkənini bıçaqlayıb.Hadisə Xəzər rayonunun Binə qəsəbəsində, "Südçülük sovxozu" adlanan ərazidə qeydə alınıb. Orada yaşayan 28 yaşlı Tarıyel Məmmədov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb, vəziyyəti qənaətbəxş hesab olunur. Araşdırmalarla məlum olub ki, Məmmədovu qayınatası bıçaqlayıb. Hadisəyə Tariyelin həyat yoldaşını tez-tez döyməsi səbəb olub. Hadisə baş verən gün də ərindən şiddət görən qadın atasının evinə gedib. Qızının növbəti dəfə döyülməsi atanın səbir kasasını daşırıb və o, kürəkəninin evinə gələrək Tariyel Məmmədovu bıçaqlayıb.  Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsində araşdırma aparılır.

Gəncədə də bıçaqlanma olub. Şəhər sakini 18 yaşlı Natiq Nağıyev xəsarətlə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Nağıyevin hansı şəraitdə bıçaqlandığı araşdırılır.Faktla bağlı araşdırma aparılır.