• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1114
— 06.07.2018 13:51

Avtomobil gölə düşdü, sürücü boğuldu

KepezTV Player

Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Hacıqədirli kəndində qeydə alınıb. Toy mərasimindən gələn Şamaxı Rayonunun Bağırlı kənd  sakini, 43 yaşlı İlqar Hacıyev  NİVA markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə  avtomobil yoldan çıxaraq kəndin yaxınlığında  yerləşən gölə düşüb. Avtomobil suda batıb. Hadisə zamanı sürücü İlqar Hacıyev boğularaq dünyasını dəyişib. Kənd sakinlərinin sözlərinə görə,  avtomobildə bir sərnişin də olub və qəza zamanı o maşından  çixaraq hadisə yerindən uzaqlaşıb. Cəsəd və avtomobil  kənd sakinlərinin köməkliyi ilə sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.