• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1209
— 05.07.2018 15:06

Ata yaralandı, oğlu öldü

KepezTV Player

Qəbələ rayonunda da ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəbələ-Ağdaş yolunun Hacallı kəndi ərazisindən keçən hissəsində Bakıda yaşayan Ağdaş sakini 36 yaşlı Viyanur Mustafayev sürücüsü olduğu “Opel Astra” markalı maşın ilə ata və oğlunu vurub. Hacallı kənd sakini 27 yaşlı Rəvan Haqverdiyev Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılsa da, 6 yaşlı oğlu Rövşən aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Fakt araşdırılır.