• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2127
— 04.07.2018 16:17

Gəncə sərbəst güləşçi Turan Bayramov dünya çempionu olub

KepezTV Player

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmə güləşçilərin dünya birinciliyi start götürüb. Yarışda Azərbaycan yığma komandası da iştirak edir. Millimizin üzvləri dünən iki qızıl medal qazanıblar. Əlihəsən Əmirli və Turan Bayramov bütün görüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi olan Bayramov  65 kq çəki dərəcəsində baş mükafata layiq görülüb. O, qızıl medal yolunda 4 görüş keçirib. Xalça üzərində ardıcıl olaraq Səudiyyə Ərəbistanı, Ermənistan, İran və Rusiya idmançılarını məğlub edib.

Xatırladaq ki, güləşçimiz may ayında keçirilən Avropa birinciliyində də eyni nəticəyə imza atıb. Turan qitə çempionu olmaqla yanaşı, yeniyetmələrin III Olimpiya Oyunlarına vəsiqə qazanıb. Sözügedən yarış bu ilin oktyabrında Argentinanın Buenos Ayres şəhərində keçiriləcək.

Azad Rəfi