• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 04.07.2018 13:56

Suda boğulub canlarından oldular

KepezTV Player

Bərdə rayonunda iki gənc çayda boğularaq ölüb.Hadisə Tərtər çayının rayon ərazisindən keçən hissəsində baş verib.Dost olan iki gənc Tərtər çayının sahilində yaradılan süni göldə çimirmişlər. Ölən şəxslərdən biri 16 yaşlı Təhmasib Hacıyevdir. Digər şəxsin kimliyi hələ dəqiqləşməyib.Hər iki şəxsin meyiti sudan tapılaraq ailəsinə təhvil verilib.

Saatlıda da bədbəxt hadisə yaşanıb. Rayonun Soltanabad kənd sakini, 14 yaşlı Aqşin Xudiyev kənd ərazisindən keçən kanalda çimərkən boğularaq ölüb. Kür çayının Şəmkir rayonu, Kür qəsəbəsi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 19 yaşlı Elçin İsgəndərovun axtarışları isə başa çatıb.  FHN-in məlumatına görə, E.İsgəndərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.Faktla bağlı araşdırma aparılır.