• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1490
— 03.07.2018 14:41

Sərxoş piyadanı avtomobil vuraraq öldürüb

KepezTV Player

Bərdə rayonunun Əmirli kəndi ərazisində qəza olub. “Hyundai” və “VAZ” 2107 markalı avtomobillər toqquşub. Nəticədə Bakı şəhər sakinləri Elvin Abışov və onun qardaşı Təbriz Abışov ölüb.Paytaxtın Binəqədi rayonunda da ağır yol qəzası baş verib. Sərxoş piyadanı avtomobil vuraraq öldürüb. Hadisə Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.  Əli Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən şəxsi vurub. Sürücü ağır vəziyyətdə olan piyadanı xəstəxanaya apararkən o, yolda dünyasını dəyişib.Əli Abbasov polisə aparılıb.

Daha bir yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Qazax rayonu Çaylı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Hərəkətdə olan “Mercedes Vito” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər -  Gəncə şəhər sakini, 32 yaşlı Eşqin Bağırov və onun həyat yoldaşı, 26 yaşlı Şərqiyyə Bağırova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.