Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Şəmkirdə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyevi şübhəli şəxs kimi saxlayıblar. Onun evindən 415 qr marixuana, 21 qram tiryək və heroin, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Xatırladaq ki, bu, son bir həftə ərzində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbənin əməkdaşları tərəfindən sayca üçüncü əməliyyat tədbiridir. Buna qədər rayonun Yenihəyat kənd sakini Qabil Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 57 ədəd çətənə kolu, evindən isə 5 kiloqram 520 qram marixuana və 67 ədəd çətənə toxumu, eləcə də Çinarlı qəsəbəsində yaşayan Ramin Eyyubovun evindən 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Faktlar bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
Natiq Hüseyn
- Baxış: 780