• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 26.06.2018 16:02

Gəncə Olimpiya İdman Kompleksində basketbol üzrə turnir keçirilib

KepezTV Player

Yarış 15 iyun Milli Qurtuluş Gününə həsr olunub. Açılış mərasimində  milli qurtuluş ideologiyasının təntənəsinin müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verdiyi, regionda və dünyada Azərbaycanın nüfuzunu daha da artırdığı qeyd olunub. Rəsmi hissədən sonra turnirə start verilib. Ənənəvi yarışda baskeçbolçular iki yaş qrupu üzrə mükafatlar uğrunda mübarizəyə qoşulublar. Hər yaş qrupunda 10 kollektiv gücünü sınayıb. Gəncə təmsilçiləri ilə yanaşı, turnirdə  Goygol və Cəlilabad basketbolçuları da iştirak edib. Qeyd edək ki, yarış Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb.

Azad Rəfi