• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1294
— 23.06.2018 18:00

Göygöldə Federasiya Kuboku keçirilir

KepezTV Player

Göygöl Olimpiya İdman Kompleksində cüdo üzrə Federasiya Kuboku uğrunda komanda yarışlarının final mərhələsi keçirilir. Medalçıların taleyinə aydınlıq gətirən həlledici mərhələdə 4 komandanın tatami ustaları iştirak edir. Finalda region yarışlarının qalibi olmuş Bakı, Sumqayıt və Zaqatala cüdoçuları qüvvəsini sınayır. Paytaxt kubok mübarizəsində iki komanda ilə təmsil olunur. Hər komandanın heyətində müxtəlif çəki dərəcələrinə uyğun 7 idmançı yer alıb. Yarış dairəvi sistem üzrə keçirilir. Görüşləri Azərbaycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimlər briqadası idarə edir.

Azad Rəfi