• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 22.06.2018 12:36

İki əcnəbi saxta sənədlərlə saxlanıldı

KepezTV Player

“Bakı-Doha” rey­sinin rəsmiləşdirilməsi za­ma­­nı 27 yaşlı Ali Shah adlı Pakistan vətəndaşının paspor­tundakı Yaponiya vizasının həqiqiliyi şübhə doğurub, laboratoriya şə­raitində də­rin­ləşdirilmiş yoxlama zamanı vizanın saxta olması təsdi­qini tapıb. Bundan başqa, “Bağdad-Bakı” reysi ilə gəlmiş İtaliya vətəndaşı 33 yaşlı Yousif İbrahim John adlı şəxsin paspor­tun məlumat səhifəsinin dəyişdirilməklə saxtalaşdırılması da müəy­yən edil­ib. Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 35 yaşlı İraq vətəndaşı Hayder Hashim İbrahimdir. Saxlanılmış əcnəbilər barəsində müvafiq təd­bir­­lər həyata keçirilir.