KepezTV Player
Nərimanov rayonunda, Heydər Əliyev prospektində yerləşən tuneldə qəza baş verib. 74 yaşlı Tofiq Əliyev idarə etdiyi Ford markalı avtomobillə tunelə daxil olan zaman qəfil qarşısına piyada çıxıb. Avtomobili saxlaya bilməyən sürücü piyadanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Əraziyə polis əməkdaşları gəliblər. Piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiya birliyə aparılıb. Hadisəni törədən sürücünün izahatı alınıb. Polisdən verilən məlumata görə, piyada sərxoş vəziyyətdə olub və onu bu gün tuneldə ikinci dəfədir ki, avtomobil vurub. Birinci qəza zamanı aldığı xəsarət yüngül olub. Faktla əlaqədar cinayət işi başlanılıb.
- Baxış: 1242